Bir qrup şəxsə Prezidentin fərdi təqaüdü verilib

- Sumqayıtın 70 illik yubileyi ilə əlaqədar
21 Noyabr 2019 - 17:30

Prezident İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Babayeva Ofelya Hacıməmməd qızı

Quliyev Təbrik Müzəffər oğlu

Maxsudov Maxsudəli Abbas oğlu

Şəfiyev Əşrəf Cavad oğlu.

Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.