Birinci vitse-prezident Mehriban Əliyeva neftçiləri təbrik etdi:"Dünyanın neft salnaməsinə parlaq səhifələr yazmısınız"

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Neft Daşları”nın 70 illiyi münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “Bu gün əfsanəvi “Neft Daşları”nın 70 illiyi qeyd olunur. 1949-cu ilin məhz bu günündə neftçilərimiz dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft hasil edərək, nəinki ölkəmizin, eləcə də bütün dünyanın neft salnaməsinə parlaq səhifələr yazmışlar. Bu əlamətdar hadisənin yubileyi münasibətilə bütün Azərbaycan neftçilərini təbrik edir, hər birinizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan gecə cəbhə xəttində atəşkəsi 23 dəfə pozub

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi