Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Birləşmiş Ərəb Əmirlikləri Rusiya üçün ödənişləri bloklamağa başlayıb

User 28 Avqust 2024 - 19:41 (Last updated: 21 May 2025 - 20:15)
ereb rus bank

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bankları Çindən gətirilən elektron komponentlər və istehlak elektronikası üçün Rusiya ödənişlərinin bloklanmasına başlayıb.

Kommersant qəzeti yazır ki, buna səbəb bankların dolayısı ilə ABŞ sanksiyalarından çəkinməsidir.

Qəzet yazır ki, elektronikanın böyük təchizatçılarından birinin sözlərinə görə banklar ödənişlərdən sözü gedən mallar BƏƏ ərazisinə daxil olmadığı hallarda imtina edirlər.

İndiyədək Rusiya təşkilatları BƏƏ-dəki şirkətlərdən Çindən gətirilən elektronika üçün ödənişlərin həyata keçirilməsi üçün istifadə edirdilər. Bu zaman mallar birbaşa Rusiyaya göndərilirdi. Kommersant qəzetinin mənbələrindən biri deyib ki, Rusiyaya gətirilən noutbukların 10-20 faizinin ödənişləri məhz bu sxemlə həyata keçirilirdi. Mənbənin sözlərinə görə başqa kateqoriyadan olan malların bu sxemdə payı 30 faizə çata bilər.

Mənbə izah edib ki, Rusiya şirkətlərini BƏƏ-yə habelə burada bank komisyon xərclərinin aşağı – 1-3 faiz civarında olması cəlb edir.

Əslində Dubay bankları Rusiyadan mallar üçün ödənişlərin qəbulunu bir ay bundan əvvəl dayandırıb.

Kommersantın mənbəyi iddia edir ki, bloklanma Çin tərəfinin təşəbbüsüdür. Çünki bundan əvvəl Çin bankları Dubaydakı şirkətlərdən onlara gələn vəsaitlərin mənbəyi ilə maraqlanmağa başlamışdılar. Çin bankları habelə malların ölkədən çıxmasını təsdiqləyən gömrük bəyannamələrini tələb edirlər.

Bu da qeyd olunur ki, Rusiya şirkətləri Çin texnikası üçün ödənişlərin yeni üsulunu tapa biliblər, amma bu halda daha böyük komisyon faizi ödəmək lazım gəlir.

Ekspertlər deyirlər ki, belə davam edərsə, dekabr aylınadək Rusiyada elektron komponentlərin qiymətlərində 5 faizədək artım olacaq.

Post navigation

Previous: Beynəlxalq axtarışda olan dörd nəfər Azərbaycana ekstradisiya edilib
Next: “Qarabağ” və “Dinamo”nun start heyətləri bəlli olub –

Oxşar xəbərlər

Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ arasında danışıqların vaxtı açıqlandı

User 29 Oktyabr 2026 - 10:13
abs iran savas
  • Dünya

İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi

User 29 Oktyabr 2026 - 09:35

xƏBƏR

ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak...
Read more about Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib
Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
Ceyhun Bayramov Türkiyəyə getdi ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir polis
  • Kriminal

Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir

User 29 Oktyabr 2026 - 10:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.