"Bizə təkcə atəşkəs yox, İranın nüvə proqramını tam dayandırması lazımdır". AzPost CBS News-ə istinadən xəbər verir ki, bu sözləri G7 sammitindən sonra Donald Tramp “Air Force One” təyyarəsində jurnalistlərə deyib. Tramp Tehrandan müvəqqəti atəşkəs əldə etməməyi, əksinə, nüvə proqramını tamamilə dayandırmağı tələb edir. O əlavə edib ki, İsrail zərbələrin sürətini azaltmaq niyyətində deyil: “Yaxın iki gündə hər şeyi öyrənəcəksiniz”-deyə Tramp vəziyyəti xaricdən deyil, Ağ Evin Situasiya otağından izləyəcəyini də qeyd edib. Amerika lideri həmçinin İranı regiondakı Amerika qüvvələrinə hücumlara qarşı xəbərdar edib və ABŞ-ın belə bir vəziyyətdə “sərt cavab verə biləcəyini” bildirib. AzPost.az