“Bizə Yaxın Şərqin nefti lazım deyil, ona möhtac deyilik” –

Tramp əsas suallardan birinə cavab verdi  
08 Yanvar 2020 - 21:27

“ABŞ Yaxın Şərqin neftinə möhtac deyil”.

Azpost.info bildirir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Amerika xalqına canlı efirlə etdiyi müraciətində bildirib.

Prezident deyib ki, son 3 il ərzində ölkə iqtisadiyyatının yüksəlməsi Yaxın Şərqdə yeni əlverişli imkanlar yaradıb: “ABŞ indi dünyada neft və təbii qazın əsas istehsalçısıdır. Bizə Yaxın Şərqin nefti lazım deyil”.