Blinken Çini ABŞ-ın əsas problemi adlandırıb

ABŞ-ın Xarici İşlər Naziri Entoni Blinken ölkənin xarici siyasəti barədə danışarkən bir sıra ölkələrin adlarını hallandırıb.

Reuters xəbər verir ki, Blinkenin sözlərinə görə, Rusiya, İran və Koreya Xalq Demokratik Respublikası daxil olmaqla, bəzi ölkələr ABŞ üçün ciddi problemlər yaradır.

ABŞ-ın baş diplomatı əlavə edib ki, Çinin çağırışı bir az fərqlidir: “Çinlə mümkün olduğu təqdirdə əməkdaşlıq etmək, lazım olduğu yerlərdə rəqib kimi davranılacaq: “Çin ABŞ-ın əsas problemidir və buna güc mövqeyindən yanaşmaq lazımdır. Çin sabit, açıq beynəlxalq sistemə ciddi şəkildə meydan oxumağa qadir olan yeganə ölkədir”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Myanmada “ən qanlı gün”-

Sonrakı məqalə

Azərbaycanın inam və iman məqamı