“Blinken Çinin xarici işlər naziri ilə danışıqlarda fiasko yaşayıb”
ABŞ dövlət katibi Entoni Blinken Çinin xarici işlər naziri Van İ ilə telefon danışığı zamanı fiasko yaşayıb.
Azpost.info xəbər verir ki, bu barədə “Asia Times” yazıb.
“Blinken Çinin Almaniya prezidenti Frank-Valter Ştaynmayer və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevlə apardığı danışıqlar barədə məlumat əldə etməyə ümid edirdi. Bunun əvəzinə o, ikitərəfli əməkdaşlığın mübahisəli məsələlərini, xüsusən də COVID-19 ilə bağlı mövcud vəziyyəti müzakirə etməyə başladı”, – nəşr qeyd edib.
Çin XİN Blinkeni həm əməkdaşlıqdan danışıb, həm də Çinə zərbə endirmək cəhdində ittiham edib. Van İnin fikrincə, bu, rasional rəqabət deyil, irrasional sıxışdırmadır.
“Bu, mübahisələri düzgün həll etmək deyil, münaqişələri gücləndirmək məqsədi daşıyır. Əslində, bu hələ də birtərəfli zorakılığın köhnə təcrübəsidir. Bu, keçmişdə Çin üçün işləməyib və gələcəkdə də işləməyəcək”, – Çin XİN rəhbəri bildirib.
“Asia Times” iddia edir ki, Blinken Van I ilə Ukraynadakı hərbi münaqişəni müzakirə etməyə çalışsa da, həmkarını mənalı söhbətə cəlb edə bilməyib: “Van İ qeyd edib ki, Çin həmişə sülhün, BMT Nizamnaməsinin və beynəlxalq ictimaiyyətin sülh və danışıqları təşviq etmək məqsədlərinin tərəfində olub və böhranın həllində konstruktiv rol oynamağa davam edəcək”.
Blinken Van İ ilə dekabrın 22-də telefon danışığı aparıb. ABŞ Dövlət Departamentinin bununla bağlı məlumatında bildirilir ki, diplomatlar Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını müzakirə ediblər, həmçinin Vaşinqton və Pekin arasında açıq kommunikasiya kanallarının saxlanmasının vacibliyini qeyd ediblər.
Azpost.info
