Blinkenin Yaxın Şərqə səfəri başlayıb

ABŞ dövlət katibi Entoni Blinken bu gün Yaxın Şərqə səfər edib.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Qəzzadakı vəziyyətlə bağlı yenidən bölgəyə qayıdıram. Mülki insanların həyatının qorunmasını tələb etməyə, girovların azad edilməsini və Qəzzada humanitar yardımın davamlı çatdırılmasını təmin etmək üçün tərəfdaşlarla intensiv işləməyə davam edəcəyəm”, – Blinken dyib.

Agentlik qeyd edir ki, ABŞ-da Yaxın Şərqdə hazırkı müharibənin genişlənəcəyinə dair qorxular artır.

Bu, son 3 ayda Blinkenin Yaxın Şərqə dördüncü səfəridir. Bir həftə davam edəcək səfər çərçivəsində ABŞ dövlət katibi İsrail və İordan çayının qərb sahilinə, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Misirə səfər edəcək. Blinken Türkiyə və Yunanıstanda da olacaq.

“Ehtimal olunur ki, Blinken növbəti dəfə humanitar yardımın həcmini artırmağa çağıracaq. Eyni zamanda, Qəzza zolağının müharibədən sonrakı idarəçiliyi ilə bağlı müzakirə aparacaq”, – Ağ Evin mətbuat katibi Metyu Miller bildirib.

Azpost.info

Əvvəlki məqalə

Yaponiya zəlzələdən zərər çəkənlərə 32 milyon dollar ayıracaq

Sonrakı məqalə

Sabah hava necə olacaq?