Bloqqer Mehman Hüseynov xərçəng xəstəliyindən müalicə olunur –

Qardaşı açıqlama verdi
02 İyun 2020 - 02:09

Bloqqer Mehman Hüseynov xərçəng xəstəliyinə tutulub və hazırda müalicə alır.

Mehman Hüseynovun qardaşı Emin Hüseynov bu barədə məlumat yayıb.

Bildirib ki, onun müalicəsi üçün artıq kampaniya başladılıb.

Mehman Hüseynov bir neçə ay əvvəl səhhətində problemlər olduğunu və müalicə aldığını demişdi.