BMT Ukrayna üzrə böhran koordinatoru təyin etdi
BMT Amin Avadı Ukrayna üzrə böhran koordinatoru təyin edib.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qurumun baş katibi Antonio Quterreş məlumat verib. Quterreş bildirib ki, Amin Avad təmas xəttinin hər iki tərəfində BMT-nin fəaliyyətini koordinasiya edəcək: “Ukraynada humanitar ehtiyaclar hər saat artır. Ən azı 100 min ukraynalı evini tərk etmək məcburiyyətində qalıb”.
A.Avad BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisində bir sıra vəzifələrdə çalışıb. O, Yaxın Şərq və Şimali Afrikadakı qaçqınlar problemi ilə məşğul olub.
Azpost.info
