BMW rəngini dəyişən avtomobillər buraxacaq

resize_700_415_2022_01_09_12_10_14_cr_s

Almaniyanın BMW konserni rəngini dəyişən avtomobillər buraxacaq.

Azpost.info xəbər verir ki, bu barədə şirkətin mühəndisi Stella Klark məlumat verib.

Yeni texnologiya e-kitab ekranlarında istifadə olunan E Ink-ə əsaslanır.

Avtomobil müəyyən bir əsas rəngə malikdir, akin bir düyməni basmaqla dəyişdirilə bilər.

Stella Klarkın sözlərinə görə, ilk belə avtomobillər 2027-ci ildə buraxılacaq.

Klark qeyd edib ki, avtomobil sahibləri öz avtomobillərinin rəngini istədikləri kimi dəyişə bilərlər. Mütəxəssis misal olaraq, isti günlərdə avtomobilin rənginin qaradan ağa dəyişdirilə biləcəyini deyib.

Azpost.info