Boliviya prezidenti Morales istefa verdi –Polis onu həbs etməyə çalışır

Boliviya prezidenti Evo Morales istefa verdiyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə “Pagina 7” qəzeti bildirib.

Məlumata əsasən, keçmiş dövlət başçısının təyyarəsi Argentina ərazisində uçuş planını istəyib. Təyyarə El-Alto beynəlxalq hava limanından uçub. Qeyd edək ki, daha əvvəl silahlı qüvvələr onu ölkədə sabitliyin təmin olunması üçün vəzifədən getməyə çağırıblar.

Boliviya polisi eks-prezident Evo Moralesi saxlamaq istəyir. Bu barədə ölkə Səhiyyə Naziri Qabriela Montanyo bildirib. Q.Montayo deyib: “Boliviya polisi qanunsuz olaraq Evo Moralesi saxlamaq niyyətindədir, bu dəlilik barədə dünyaya bildiririk”.

Moralesin başçılıq etdiyi Boliviyanın bütün yüksək rəhbərliyi bir neçə saat əvvəl istefa verib.

Boliviya Senatının ikinci vitse-spikeri, müxalifətin nümayəndəsi Janin Anyes bütün yüksək rəhbərliyin istefasından sonra ali hakimiyyətin ona keçdiyini bildirib.

Anyes bunu “Pagina 7”-yə açıqlamasında deyib. (APA)

Bundan əvvəl prezident Evo Morales, vitse-prezident Alvaro Qarsia Linyera, Senatın rəhbəri Adriana Salvierra, Senat sədrinin birinci müavini, həmçinin Deputatlar Palatasının rəhbəri Viktor Borda istefa verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan gecə atəşkəsi 24 dəfə pozub

Sonrakı məqalə

ANS-in sabiq aparıcı Xose Bernardo bıçaqlanıb –