Boliviyada etirazçılar dövlət televiziyasını və radiosunu tutublar

Evo Moralesin yenidən Boliviya Prezidenti seçilməsinə etiraz edənlər dövlət televiziyasının (Bolivia TV – BTV) və dövlət radiosunun (Red Patria Nueva-RPN) ofisini tutublar.

Bu barədə Evo Morales “Twitter” hesabında yazıb.

“Dövlət KİV-i BTV və RPN təşkil olunmuş qruplar tərəfindən ələ keçirilib. Ofisə daxil olan qruplar jurnalistləri hələyərək iş yerlərini tərk etməyə məcbur ediblər. Onlar demokratiyanı müdafiə etdiklərini deyirlər, ancaq diktator rejimləri kimi davranırlar”, – Boliviya Prezidenti qeyd edib.

Jurnalistlər arasında zərərçəkənlərin olması barədə məlumat yoxdur.

Qeyd edək ki, Boliviyada Prezident seçkiləri oktyabrın 20-də keçirilib.

Ali Seçki Məhkəməsi hazırkı dövlət başçısı Evo Moralesin seçkilərdə qalıb gəldiyini elan edib. Onun əsas rəqibi – sabiq prezident Karlos Mesa isə Moralesin qələbəsini qəbul etmədiyini bildirib. Seçkilərin nəticələrinin elan olunmasından sonra Boliviyada etiraz aksiyaları və tətillər başlayıb. Morales fövqəladə vəziyyət rejimi elan edib və müxalifəti dövlət çevrilişinə cəhddə günahlandırıb.

Noyabrın 8-də Boliviyanın bir neçə şəhərində polislər də etiraz aksiyalarına qoşulub. Baş verən toqquşmalarda və etirazlarda indiyədək 3 nəfərin öldüyü, 380 nəfərin xəsarət aldığı barədə məlumatlar var. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“SSRİ-də işləyən adamı axmaq hesab edirdilər… İyrənc sistem idi” –

Sonrakı məqalə

Tramp daha televiziyaya qayıtmayacağını açıqlayıb