Boliviyada yenidən iğtişaşlar başlayıb

Boliviyanın böyük şəhərlərindən olan Koçabambada yenidən etiraz aksiyaları başlayıb.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, bu dəfə etirazçılar ölkə prezidentinin səlahiyyətlərini həyata keçirən senatın vitse-spikeri Janine Agnesə qarşı çıxıblar.

Hərbi qüvvələr etirazçıları dağıddığı bildirilir.  Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Onlarla etirazçı saxlanılıb, onlardan odlu silah aşkarlanıb.

Qeyd edək ki, oktyabrın 20-də Boliviyada keçirilən prezident seçkilərində Evo Morales ilk turda qalib gəlmişdi. Lakin əvvəlki prezidentin əsas rəqibi Karlos Mesa seçkinin nəticələrini tanımayaraq nümayişlərə qərar vermişdi.

Son anda Boliviya silahlı qüvvələri Moralesi ölkədəki sabitliyi təmin etmək üçün vəzifəsindən getməyə çağırdı və bundan sonra o, istefa verdi.

Hazırda Morales ölkəni tərk edərək Meksikada məskunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan gecə cəbhə xəttində atəşkəsi pozub –

Sonrakı məqalə

Prezident İlham Əliyev və Mehriban Əliyeva məşhur yumorist Maksim Qalkinin konsertinə gəlib –