Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçirilir

21 Noyabr 2021 - 09:40

Bu gün Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçirilir.

TASS agentliyinin verdiyi məlumata görə, yerli vaxtla saat 07.00-da ölkədə 13 minə yaxın seçki məntəqəsi açılıb.
Ölkədə 6,7 milyon səsvermə hüququna malik vətəndaş var.
Prezident seçkiləri uğrunda Bolqarıstan Sosialist Partiyası və digər partiyaların təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş hazırkı Prezident Rumen Radev və “Bolqarıstanın Avropa kimi İnkişafı üçün Vətəndaşlar” Partiyasının namizədi, Sofiya Universitetinin rektoru Anastas Qercikov mübarizə aparırlar.
Qeyd edək ki, noyabrın 14-də keçirilən birinci turda R. Radev seçicilərin 49,41 faizinin, A. Qercikov isə seçicilərin 22,82 faizinin səsini alıb.