Boris Conson Britaniyada koronavirusa qarşı tədbirlərin daha da sərtləşdiriləcəyini deyib

Boris Conson Britaniyada koronavirus tədbirlərinin daha da sərtləşdiriləcəyini deyib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, baş nazir virusla mübarizədə Britaniyanı qarşıda çox çətin həftələrin gözlədiyini deyib.

“Koronavirusa yoluxma rəqəmləri daha sərt tədbirlər görmək lazım olduğunu heç bir sual altında qoymur və biz bu tədbirləri tez bir zamanda elan edəcəyik”,- deyə Boris Conson qeyd edib.

Baş nazir hökumətin virusu nəzarət altında tutmaq üçün əlindən gələni edəcəyini bildirib. O vurğulayıb ki, insanların bu kritik zamanda nizam-intizamlı olmaqları vacibdir.

Xatırldaq ki, hazırda Britaniyada koronavirusa yoluxanların sayı sürətlə artır, belə ki, son həftələrdə günlük yoluxma sayı təxminən 50 000 nəfər civarındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət Neft Fondunun xərclər smetası açıqlanıb

Sonrakı məqalə

Son sutkada ABŞ-da koronavirusdan 1394 nəfər dünyasını dəyişib