Boris Conson Ukraynaya sabahkı səfərdən əvvəl Putinlə danışacaq

Böyük Britaniya Baş naziri Boris Conson bu gün Rusiya Prezidenti Vladimir Putinlə Ukraynadakı vəziyyəti müzakirə etmək üçün telefonla danışmağa ümid edir.

Bu barədə Böyük Britaniya Baş nazirinin Dauniq-strit 10 ünvanında yerləşən iqamətgahından açıqlama verilib.

Qeyd olunub ki, Conson fevralın 1-də Ukraynaya səfər edərək Prezident Vladimir Zelenski ilə də görüş keçirəcək.

Consonu bu səfər zamanı XİN başçısı Liz Trass müşaiyət edəcək.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ötən gün ölkədə 2 min 186 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Hacı Şahin onlayn nəzirin necə veriləcəyini açıqladı –