Mərkəzi Seçki Komissiyası fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak üçün Böyük Quruluş Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında qərar qəbul edib.
Azpost.info bildirir ki, Böyük Quruluş Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin qeydə alınması üçün müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Milli Məclisə seçkilərdə aşağıdakı şəxslər Böyük Quruluş Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınıb:
1.1. Səlahiyyətli nümayəndələr:
Cavid Cabbar oğlu İsmayıl
Oqtay Yusif oğlu Qasımov
Qasım Rza oğlu Şeyxov
Leyla İbrahim qızı Musayeva
Namiq Ziyadxan oğlu Göyüşov
Elşən Zöhrab oğlu Orucov
Fariz Mehdi oğlu Quliyev
Fazil Xalıq oğlu Kərimov
1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:
İlqar Qəzənfər oğlu Mustafayev
Kərim Məmməd Həsən oğlu Kərimov