“BP”-nin baş direktoru Dadli vəzifəsindən istefa verməyə hazırlaşır –Onu kim əvəz edəcək?

 “Britiş Petrolium” şirkətinin baş direktoru Robert Dadli öz vəzifəsini tərk edəcək.

Azpost.info bildirir ki, bu barədə “Sky News” məlumat yayıb. Telekanalın məlumatına görə, 64 yaşlı biznesmen bununla bağlı artıq direktorlar şurasının sədri Helqe Lundla müzakirə aparıb. Dadlinin vəzifəsindən istefaya getməsi barədə rəsmi açıqlama oktyabrın sonunda veriləcək. İstefa prosesi isə 12 ay uzana bilər.

Dadlinin yerinə əsas namizədlər şirkətin icraçı və maliyyə direktorları olan Bernard Luni və Brayn Qilvari hesab olunur.

Dadli  2010-cu ildən  bu postu tutur.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir