Bratislavada ATƏT XİN başçılarının görüşü başlayıb

- Məmmədyarov da iştirak edir
05 Dekabr 2019 - 14:34

Slovakiyanın paytaxtı Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası başlayıb.

“Report” xəbər verir ki, toplantıda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da iştirak edir.

Bratislavadakı görüş “Xalqlar, dialoq və sabitlik naminə” şüarı altında keçirilir.

Görüşün əsas mövzusu ATƏT məkanındakı münaqişələrin nizamlanmasıdır. XİN başçıları Dağlıq Qarabağ, Ukraynanın şərqindəki və Dnestryanı bölgədəki münaqişələrin həllini müzakirə edirlər.