Braziliyada son sutkada koronavirusdan 1 000-ə yaxın insan ölüb

Braziliyada son sutkada koronavirusa 46 min yoluxma aşkarlanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, ölkədə COVID-19-a yoluxma hallarının sayı 1 274 974-ə çatıb.

Qeyd edilir ki, son sutkada təhlükəli infeksiyadan 990 nəfər ölüb. Beləliklə, Cənubi Amerika ölkəsində pandemiya qurbanlarının sayı 55 961 nəfərə yüksəlib.

Braziliya dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə ABŞ-dan sonra ikinci yerdədir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Yuventus” darmadağınla qalib gəlib

Sonrakı məqalə

Dünyada koronavirusa daha 177 min yoluxma aşkarlanıb –