Tanınmış braziliyalı teleaparacı, rejissor və yazıçı Marselo Tas 35 il əvvəl -1985-ci ildə Bakıdan hazırladığı proqramını internetdə yayımlayıb.
Azpost.info bildirir ki, jurnalist “Ernesto Varela” adlı proqram çərçivəsində SSRİ-nin müttəfiq respublikalarından hazırladığı silsilə verilişlərinin birini Azərbaycan SSRİ-yə həsr edib.
1985-ci ildə çəkilmiş bu kadrlarda maraqlı epizodlar var. Marselo Tas Bakının bir çox görməli yerlərini gəzir. Bu sırada onun məşhur “Pasaj” bazarından, Bulvardan, çimərlikdən çəkdiyi kadrları diqqət çəkir.
Braziliyalı jurnalist “Pasaj” bazarında satıcılardan ilk dəfə gördüyü ətirli şamamanın nə olduğunu soruşur, bulvarda məşhur Azərbaycan çayından içir.
Çimərlikdə Bakıya Rusiyadan gələn turistlərlə danışır. Kadrlarda qapalı həyat yaşayan sovet Bakısında yaşayan adamların yaşam tərzi və əcnəbi jurnalistə verilən reaksiyalar diqqət çəkir.
Binə Hava limanında Azərbyacan SSRİ-nin rəhbər şəxslərinin oturduğu dövlət karteci də kadrlara düşüb.
Marselo Tas kimi tanınan Marselo Tristan Atayde de Souza 1959-cu ildə anadan olub. Bir sıra məşhur teleproqramların aparıcısı olub. 2018-ci ildə Rusiya keçirilən futbol üzrə dünya çempionatının işıqlandıran aparıcı olub.
San- Paulu Universitetinin professorudur.