Bred Pitt Formula 1 pilotu rolunda çəkilir-FOTO

Hollivudun ulduz aktyoru Bred Pittin baş rolda oynadığı, tezliklə ekranlara çıxacaq Formula 1 yarışlarından bəhs edən yeni “Apogee” filminin çəkilişləri davam edir.

Azpost.info-nun məlumatına görə, xəbəri “Daily Mail” nəşri yayıb.

Büdcəsinin 300 milyon dollardan da artıq olduğu iddia edilən filmin rejissoru Cozef Kosinskidir.

Məhşur kino aktyorunu görənlər heyrətə gəlib. Belə ki, şənbə günü Pitt Meksikada keçirilən Qran Pridə bütün motoridman həvəskarlarını şoka salan yeni obrazında görünüb.

Beləliklə də o, şənbə günü üçün sıralama yarışlar tamamilə başa çatandan sonra filmin bir hissəsi kimi lazım olan yarışma səhnələrinin çəkilişi üçün yenə yarışların keçirildiyi meydana dönüb.

Bu yeni filmin istehsalına on beş ay öncə, 2023-cü ilin iyulunda başlanılıb. Lakin bu il insayder Rihtmanın sayəsində üzərində iş gedən filmin yenidən çox əhatəli, həm də geniş miqyaslı çəkilişlərin tələb etdiyi məlum olub. 2024-cü ildən bu layihədəki dizaynın, eləcə də sponsorların tamamilə dəyişdirilməsi səbəbindən çəkiliş qrupu Formula 1-in avtomobilləri ilə bağlı olan hər şeyi yenidən lentə almalı olublar.

Filmin çəkilişlərinin Əbu-Dabi şəhərində, yarışların keçiriləcəyi dekabr ayına qədər davam edəcəyi gözlənilir.

“Apogey” gənc istedada, Demson İdrisin obrazına mentorluq etmək üçün təqaüdə çıxdıqdan sonra yenidən gələn, komanda yoldaşı olaraq bu filmdə göründüyü kimi şöhrətə son dəfə qüvvətli bir zərbə vuran yarış sürücüsündən, yəni dünya şöhrətli aktyor Bred Pittin ekranda canlandırdığı rolun başına gələnlərdən bəhs edir.

Yeni “Apogey” filmində əsas rollarda Bred Pitt və Demson İdris çəkilib. İdman maşın yarışları Formula 1 iştirakçılarından bəhs edən bu maraqlı ekran əsərində həmçinin Kerri Kondon, Tobayas Menzislə bərabər digər aktyorlar da çəkilir.

“Apogey” filminin 2025-ci ilin, iyun ayının 27-də nümayiş olunacağı gözlənilir.

Oqtay Qorçu

Əvvəlki məqalə

Nitq pozğunluğu insult əlaməti ola bilər

Sonrakı məqalə

Mərkəzi Bankın valyuta ehtiyatları bu il 241 milyon dollar azalıb