“Brexit” sazişi Avropa Parlamentində səsverməyə çıxarılacaq- Bu gün

Bu gün Avropa Parlamentində Böyük Britaniyanın baş naziri Boris Consonun “Brexit” sazişi səsverməyə çıxarılacaq. 

APA-nın “BBC News”a istinadən verdiyi xəbərə görə, 751 parlament üzvü sazişlə bağlı səs versə də, bu, əsasən formal xarakter daşıyacaq.

Rəsmi olaraq saziş ötən həftə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Çarlz Mişel və Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula von der Leyen tərəfindən imzalanıb. Avropa Parlamentindəki səsvermədən sonra britaniyalı parlament üzvləri üçün vida mərasimi olacaq.

Xatırladaq ki, bununla da Britaniya yanvarın 31-də 23:00 etibarilə Aİ-dən çıxmış sayılacaq. Bundan sonra isə Britaniya üçün 11 aylıq bir keçid dövrünə icazə verilir, bu müddət ərzində Böyük Britaniya sərbəst ticarət razılaşması üzərində danışıqlar apararkən Aİ-nin qaydalarına əməl etməyə davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda koronavirusla bağlı xüsusi palatalar ayrılan xəstəxanaların adları açıqlandı

Sonrakı məqalə

“Azərbaycana gələn bütün insanlar koronavirusla bağlı yoxlanılır”