“Brexit”lə bağlı razılıq əldə olundu

- Böyük Britaniya Avropa İttifaqı ilə sağollaşır
17 Oktyabr 2019 - 14:26

Avropa İttifaqı və Böyük Britaniya nümayəndələri danışıqlar nəticəsində “Brexit” üzrə razılıq əldə ediblər.

Bu barədə “Reuters” məlumat yayıb.

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Böyük Britaniyanın Aİ-dən çıxışı üzrə razılıq əldə olunduğunu təsdiqləyib.

“Bu, Aİ və Britaniya üçün ədalətli, balanslı razılaşmadır və həll yolu axtarışına sadiq qaldığımızı sübut edir”, – Yunker “Twitter” səhifəsində yazıb(report).