“BRİKS sammitində Rusiya ilə İran arasında hərtərəfli saziş imzalana bilər”- Kazem Cəlali

İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş oktyabrda BRİKS-in Kazanda keçiriləcək sammitində və ya daha sonra prezidentlərin ayrıca görüşündə imzalana bilər.

Azpost.info xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.

“Biz bu məsələ ilə bağlı rusiyalı həmkarlarımızla danışdıq. Çünki bu sammit genişmiqyaslıdır Tədbirə bir çox ölkədən liderlər dəvət olunur. Bundan başqa, Rusiya prezidenti Vladimir Putin ev sahibi olacaq, İran prezidenti Məsud Pezeşkianın isə Rusiyaya ilk səfəri olacaq. Biz də bu sənədin imzalanmasını ya Tehranda, ya da Moskvada ayrıca görüşə təxirə sala bilərik. Bu, hazırda iki variant nəzərdən keçirilir. Hələlik heç bir qərar verilməyib. Birinci variant sənədin Kazan sammiti çərçivəsində imzalanmasıdır. İkinci variant isə ayrıca görüşdür”, – səfir qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

“Qərb Ukraynada barışıq istəmir”

Sonrakı məqalə

Sabah hava necə olacaq?