“Britaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”

- Səfir
23 Yanvar 2020 - 14:55

“Böyük Britaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Bərdədə səfərdə olan Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına çalışır.

“Biz də bu münaqişənin həllini tapmasını gözləyirik. Böyük Britaniya Azərbaycan müstəqillik qazandıqdan sonra həmişə onun ərazi bütövlüyünü və  suverenliyini dəstəkləyib”.