“Britaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”- Səfir

“Böyük Britaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Bərdədə səfərdə olan Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına çalışır.

“Biz də bu münaqişənin həllini tapmasını gözləyirik. Böyük Britaniya Azərbaycan müstəqillik qazandıqdan sonra həmişə onun ərazi bütövlüyünü və  suverenliyini dəstəkləyib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Prezidenti “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb

Sonrakı məqalə

2020-ci ilin ən yaxşı ölkələri…