“Üç il ərzində Böyük Britaniya təqaüdə çıxmış hərbçilərin olduğu “strateji ehtiyat” da daxil olmaqla, 120 min nəfərlik daha böyük ordu yaratmalıdır. Bu tədbirlər vətəndaşları Rusiya ilə mümkün müharibəyə hazırlamaq üçün tələb olunur”.
Azpost.info xəbər verir ki, bunu Britaniya ordusunun Baş komandanı, general Patrik Sanders bildirib.
Generalın fikrincə, yaxınlaşan müharibədə qalib gəlmək üçün cəmiyyət döyüşə hazır olmalıdr. Sanders hesab edir ki, bunun üçün milli səfərbərliyin əsaslarını qoymaq məntiqli olardı.
Azpost.info