Britaniya parlamenti Boris Consonun təklifini rədd etdi- Növbədənkənar seçkilər keçirilməyəcək

Böyük Britaniya Parlamentinin İcmalar Palatasında Baş Nazir Boris Consonun dekabrın 12-də növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təklifi rədd edilib.

Azərtac xəbər verir ki, 299 deputat seçkilərin keçirilməsinin lehinə səs versə də, 70 deputat isə təklifin əleyhinə olub.

Baş Nazir, erkən seçkilərin keçirilməsi üçün səylərini davam etdirəcəyini söyləyib.

İngiltərədəki mövcud seçki qanunlarına görə, erkən seçkilərin keçirilməsi üçün parlamentdə üçdə iki səs çoxluğu (434 səs) tələb olunur.

Qeyd edək ki, Baş Nazir Boris Conson iki dəfə deputatlardan növbədənkənar seçkilərin təsdiqlənməsini istəsə də, onun tələbi rədd edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DİN Gəncədə baş verən ağır qəza ilə bağlı məlumat yayıb

Sonrakı məqalə

Rusiya Müdafiə naziri Ermənistanda səfərdədir