Britaniya səfiri REAL Partiyasının rəhbərliyi ilə görüşüb –-FOTO

Avqustun 29-da REAL-ın ofisinə Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld partiya rəhbərliyi  ilə görüşüb. 
Azpost.info bildirir ki, bu barədə partiyadan məlumat veriblər.
Görüşdə REAL-ın Siyasi Komitə üzvləri İlqar Məmmədov, Erkin Qədirli və Natiq Cəfərli iştirak edib. Söhbət zamanı Azərbaycanın AŞPA-da nümayəndə heyətinin fəaliyətinin bərpası ilə əlaqədar məsələlər, qarşıdan gələn seçkilər, eləcə də ölkələrimiz arasında formalaşmış sağlam münasibətlərin inkişafı haqqında geniş fikir mübadiləsi aparılıb.
Əvvəlki məqalə

“Bölgələrdə ictimai iştirakçılığın gücləndirilməsi” mövzusunda tədbir keçirilib –

Sonrakı məqalə

Seçkilərin nəticələri nə zaman açıqlanacaq?