Britaniya və Avropa İttifaqı arasında danışıqlar martın 3-də başlayacaq

29 Yanvar 2020 - 08:35

Böyük Britaniya və Avropa İttifaqı (Aİ) arasında danışıqlar martın 3-də başlayacaq.

AZƏRTAC-xəbər verir ki, Aİ-nın Brexit danışıqları üzrə müşaviri Mişel Barniyer və Boris Consonun Brexit məsləhətçisi Devid Frostun rəhbərlik etdiyi rəsmilər danışıqları 10 ay müddətində davam etdirəcəklər.

Böyük Britaniya yanvarın 31-də – referendumdan təxminən dörd il sonra Aİ-ni tərk etməlidir. Baş Nazir keçid dövrünü 2020-ci dekabrın 31-dən sonra uzatmayacağını söyləmişdi. Bu müddət ərzində Böyük Britaniya vahid bazarda və gömrük ittifaqında qalacaq.