Böyük Britaniya və Azərbaycan qlobal təhlükələrlə birlikdə mübarizə aparır.
Bu barədə Böyük Britaniyanın Şimali Amerika və Avropa regionu üzrə dövlət naziri Leo Dokerti bildirib.
“Azərbaycanla Britaniya arasında V strateji dialoqa ev sahibliyi etdiyimizə görə çox şadıq. Biz xarici işlər naziri Ceyhun Bayramovla Böyük Britaniya-Azərbaycan tərəfdaşlığını müzakirə etdik. Mən təhlükəsizlik, ticarət və mədəniyyət sahələrində daha çox əməkdaşlığa ümid edirəm”, – deyə o bildirib.