Britaniyada baş verən qırğın terror aktı kimi qiymətləndirilib

21.06.2020 · 09:06 · Dünya

Polis İngiltərənin Readinq şəhərində naməlum şəxs tərəfindən törədilən qırğını terror aktı kimi qiymətləndirib.

Trend-in məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən Sky News bildirib.

Daha əvvəl hüquq-mühafizə orqanları şübhəli şəxsin tutulduğunu deyib, o həbs edilib. Saxlanılan şəxsin kimliyi, hücumun motivləri və digər detallar hələlik məlum deyil.

İlkin məlumatlara görə, hadisə nəticəsində 3 nəfər yerindəcə ölüb, daha iki nəfər ağır yaralanıb və son dərəcə ağır vəziyyətdədirlər.