Britaniyada koronavirusa rekord sayda yoluxma qeydə alınıb

02 Yanvar 2021 - 21:29

Böyük Britaniyada son sutka ərzində 57 725 nəfər koronavirusa yoluxub. Bu, pandemiyanın başlamasından etibarən qeydə alınan ən yüksək göstəricidir.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb.

Qeud eilib ki, hazırda koronavirusa yoluxanların ümumi sayı 2 599 789 nəfərə çatıb.

Son sutka ərzində 445 nəfər isə koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 74 570 nəfərə çatıb.