Britaniyada koronavirusdan ölənlərin sayı 43 500 nəfərə çatıb

28 İyun 2020 - 20:02

Son sutka ərzində Böyük Britaniyada yeni növ koronavirusa (COVİD1-9) yoluxma nəticəsində ölənlərin sayı 36 nəfər artaraq 43 min 500 nəfərə çatıb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Böyük Britaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Koronavirusa yoluxanların sayı isə 901 nəfər artaraq 311 min 151 nəfər olub.