Britaniyada məktəblərdə distant təhsil iki həftə uzadıldı

03 Yanvar 2021 - 10:00

Böyük Britaniyada məktəblər və universitetlərdə distant təhsil sistemi daha iki həftə uzadılıb. Hökumət koronavirusa yoluxmada baş verən artıma görə Milad tətilindən sonra bütün məktəblərin daha iki həftə bağlı qalmasına qərar verib.

Milli Təhsil Birliyi məktəb tətilindən sonra bütün ibtidai və orta məktəblərin qapalı qalmasının insanların sağlığı üçün faydalı olacağını açıqlayıb.

Qeyd edək ki, Birləşmiş Krallıqda son 24 saat ərzində 57 min 725 koronavirusa yoluxub, 445 nəfər isə həyatını itirib. Ölkə daxilində xəstəliyə yoluxanların sayı 2 milyon 599 min 789 nəfərdir.