Britaniyada növbədənkənar seçkilər keçiriləcək- Parlament razılıq verdi

Böyük Britaniya Parlamentinin İcmalar Palatası dekabrın 12-də növbədənkənar seçkilərin keçirilməsinə razılıq verib.

Qərarın lehinə 438, əleyhinə isə 20 deputat səs verib.

İcmalar Palatasının qəbul etdiyi qanun layihəsi Lordlar Palatası tərəfindən də təsdiqlənməlidir.

Əgər Lordlar Palatası qanun layihəsini təsdiqləyərsə, noyabrın 6-da parlament ləğv ediləcək və səsvermə gününə qədər beş həftəlik seçki kampaniyasına başlanılacaq.

Belə olan halda, ingilislər 1923-cü ildən bəri ilk dəfə Milad bayramı ərəfəsində səsverməyə gedəcəklər(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Oqtay Gülalıyevin avtomobillə vurulması ilə bağlı cinayət işi açıldı –

Sonrakı məqalə

Tələblərə cavab verməyən enerji içkilərinə qadağa qoyulacaq