Britaniyada son sutkada koronavirusdan 137 nəfər ölüb

14 Oktyabr 2020 - 21:00
Britaniyada son sutkada yeni növ koronavirusdan (COVID-19) 137 nəfər vəfat edib.

APA-nın “Sky News”a istinadən verdiyi xəbərə görə, bununla da ölkədə bu günədək koronavirusdan ölənlərin sayı 43155-ə çatıb.

Son 24 saat ərzində 19724 yeni yoluxma faktı qeydə alınıb.