Britaniyada son sutkada koronavirusdan 186 nəfər ölüb

26 İyun 2020 - 22:41

Böyük Britaniyada son sutka ərzində koronavirusdan 186 nəfər dünyasını dəyişib, 1006 nəfər yeni yoluxma qeydə alınıb.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Departamentinin məlumatında bildirilib.

Qeyd edilib ki, ölkə üzrə ölənlərin ümumi sayı 43414, yoluxma hallarının sayı isə 309360-a çatıb.