Britaniyanın Baş naziri Kir Starmerin Çinə səfəri başlayıb

Keir Starmer
Keir Starmer

Böyük Britaniyanın Baş naziri Kir Starmer Çinə üçgünlük rəsmi səfər edib.

Bu, 2018-ci ildən bəri Böyük Britaniya Baş nazirinin Çinə ilk səfəridir.

Biznes və mədəniyyət sahəsini təmsil edən nümayəndələrdən ibarət təxminən 60 nəfərlik heyətlə Çinə yollanan Starmerin səfərində əsas diqqətin ticarət əlaqələrinin inkişafına yönəldiləcəyi bildirilir.

Pekin istiqamətində uçuş zamanı jurnalistlərə açıqlama verən Baş nazir bildirib ki, bu səfər real faydalar gətirəcək. Səfərin ən mühüm mərhələsinin sabah baş tutacağı gözlənilir. Həmin gün Kir Starmerin Çin Xalq Respublikasının Sədri Si Cinpin başda olmaqla, bir sıra yüksəkvəzifəli rəsmilərlə görüşləri planlaşdırılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.