Britaniyanın Baş naziri Ukrayna ilə bağlı Putinə nə deyib? –AÇIQLAMA

Ukraynaya hər hansı müdaxilə faciəvi səhv addım olacaq.

Bunu Britaniyanın Baş naziri Boris Conson Rusiya Prezidenti Vladimir Putinə deyib. Consonla Putin fevralın 2-sə telefonla danışıblar. Hazırda Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığmasının yaratdığı gərginliyin azaldılmasından ötrü diplomatik səylər davam edir.

“Baş nazir Rusiyanın Ukrayna sərhədində düşmən hərəkətlərindən dərin narahatlıq bildirib və Ukraynanın ərazi bütövlüyü və özünümüdafiə hüququna hörmət qoyulan yolun tapılmasının vacibliyini vurğulayıb”, -deyə bunu Baş nazir Consonun ofisinin sözçüsü deyib.

Conson onu da vurğulayıb ki, Rusiyanın Ukrayna ərazisinə hər hansı formada girməsi faciəvi səhv olar.

Kremlin bəyanatına görə, telefon söhbəti zamanı Rusiyanın narahatlıqlarına NATO-nun adekvat cavab vermək istəməməsi qeyd edilib.

Rusiya sərhədə qoşun yığandan sonra ötən dekabrda ABŞ və NATO-dan təhlükəsizlik qarantiyaları tələb edib. Ukraynanın bloka heç vaxt üzv olmayacağına, NATO-nun Rusiya sərhədləri yaxınlığında silah sistemləri yerləşdirməsini dayandıracağına, qüvvələrinin Şərqi Avropadan çıxarılacağına təminat istənilir.

NATO isə genişlənməsi ilə bağlı tələbin, açıq-qapı siyasətinin danışıq predmeti olmadığını bildirir. Vaşinqton suveren ölkələrin öz hərbi alyanslarını seçmək hüququnu qeyd edir.

Birləşmiş Ştatlar Ukraynada yerdən buraxılan raketlər, yaxud döyüş qüvvələri yerləşdirmək məsələsində Rusiyayla qarşılıqlı razılaşma üzrə danışıqlara hazır olduğunu bildirib. Bu haqda İspaniyanın “El Pais” qəzeti fevralın 2-də sənədlər yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycanda sərt karantinə keçid məqsədəuyğun deyil” –

Sonrakı məqalə

Ərdoğan Ukraynaya yola düşüb