Böyük Britaniyanın keçmiş Baş Naziri Devid Kemeronun xatirələrini yazdığı kitabı çap olunub.
“For the record” – “Qeyd üçün” adlı kitabda Kemeron özünün kollec dövrünü və bir çox xatirələrini yazıb. Kitabda Kemeron indiki Baş Nazir Boris Conson və Nazirlər Kabinetinin üzvü Maykl Qov haqqında da fikirlərini bildirib.
Qeyd edək ki, Devid Kemeron son 200 illik dövrdə Böyük Britaniyanın ən gənc Baş Naziri seçilmişdi.