Böyük Britaniyanın xarici işlər naziri Liz Truss Moskvaya gəlib.
Bu barədə Britaniyanın Rusiyadakı səfirliyi məlumat yayıb. Liz Truss rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
“Liz Tras Ukraynaya qarşı aqressiyaya son vermək və Kremli deskalasiyaya çağırmaq üçün Moskva uçur. Bu, Britaniya xarici işlər nazirinin son dörd ildə Rusiyaya ilk səfəridir”, deyə Britaniya XİN-in yaydığı məlumatda bildirilib.

