Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

“Britiş Petrolium” Azərbaycanın qaz kəmərindəki payını satır

User 19 Sentyabr 2024 - 12:07 (Last updated: 21 May 2025 - 20:15)
britis petrolium

BP Azerbaijan şirkəti Azərbaycandan Avropaya qaz nəql edən boru kəmərindəki 20 faizlik payını satır.

Azpost.info bildirir ki, şirkətin mətbuat xidmətindən verilən məlumata görə, BP Trans-Adriatik Qaz Boru Kəmərindəki (TAP) paylarını Amerikanın özəl investisiya fondu Apollo Global Management-ə satmağa razılaşıb.

Alqı-satqının məbləği bir milyard dollardır.

Qeyd edə ki, TAP kəməri ilə hər il 10 milyard kubmetrdən çox Azərbaycan qazı Avropaya verilir. Hazırda Azərbaycan və Avropa İttifaqı arasında əldə olunmuş razılaşmaya uyğun olaraq, 2027-ci ilə qədər kəmərin ötürücülük qabiliyyətini iki dəfə artırmaq məqsədi daşıyan investisiyaların cəlb edilməsi üzrə danışıqlar aparılır. Lakin bu, həm də qaz hasilatının artırılmasını və yeni kompressor stansiyalarının tikilməsini tələb edir.

TAP-ın gücünün ikiqat artırılması üzrə işlərin dəyəri ekspertlər tərəfindən milyardlarla dollar dəyərində qiymətləndirilir. Nəzərə alsaq ki, Avropa şirkətləri Azərbaycan qazının alınması üçün uzunmüddətli müqavilələrin bağlanmasına o qədər də maraq göstərmirlər, investorların bu layihəyə sərmayə yatırmaq motivasiyası çox arzuolunandır.

BP TAP-dakı paylarını satmağa vadar edən səbəblər açıqlamır.

Şirkətin səhmlərini almağa hazırlaşan Apollo Global Management idarəsi altında təxminən 600 milyard dollar olan özəl investisiya fondudur. Apollo Global Management pensiya fondları, ianələr və suveren sərvət fondları, eləcə də digər institusional və özəl investorlar adından sərmayə qoyur.

Post navigation

Previous: Azərbaycanlılar Rusiyada qanunsuz miqrant siyahısında ilk “beşlik”dədir
Next: Özbəkistan anti-Rusiya sanksiyalarına əməl etməli olacaq

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

raket starsip
  • Sosial

İlon Masın “SpaceX”-i tarix yazdı – “Starship” kosmik gəmisini havada tutdu / VİDEO

User 15 Noyabr 2026 - 13:09
“SpaceX” ilk dəfə “Starship” kosmik gəmisinin yuxarı pilləsini eniş zamanı uğurla tutub. Orbitdən qayıdan 52 metrlik “Starship”...
Read more about İlon Masın “SpaceX”-i tarix yazdı – “Starship” kosmik gəmisini havada tutdu / VİDEO
Ukrayna müharibəsində dönüş ola bilər – Kuşner yeni razılaşmalardan danışdı kusner
  • Dünya

Ukrayna müharibəsində dönüş ola bilər – Kuşner yeni razılaşmalardan danışdı

User 15 Noyabr 2026 - 12:48
Sabaha olan hava proqnozu hava yaqis
  • Sosial

Sabaha olan hava proqnozu

User 15 Noyabr 2026 - 12:37
İlham Əliyev Fələstin prezidentini təbrik edib ilham mahmud abas
  • Siyasət

İlham Əliyev Fələstin prezidentini təbrik edib

User 15 Noyabr 2026 - 12:00
Arıqlamaq istəyənlər axşam bu yeməyi yesin – Dietoloqdan ideal resept pehriz qida
  • Maraqlı

Arıqlamaq istəyənlər axşam bu yeməyi yesin – Dietoloqdan ideal resept

User 14 Noyabr 2026 - 23:07
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.