Bu il dekabrın 31-dək Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların siyahısı müəyyənləşib. Bu, Nazirlər Kabinetinin "Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” qərarında əksini tapıb. Həmin malların gömrük orqanları tərəfindən gömrük ərazisindən buraxılışı həmin malların İqtisadiyyat Nazirliyinin müsbət rəy məktubu ilə müşayiət olunması şərtilə həyata keçiriləcək. Qərara əsasən, həmin məhsullar aşağıdakılardır:
Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların   S İ Y A H I S I    
Sıra №-si XİF MN üzrə kod Malın adı  
1. 0102 Diri iribuynuzlu mal-qara  
2. 0104 Diri qoyunlar və keçilər  
3. 0201 Təzə və ya soyudulmuş iribuynuzlu mal-qara əti  
4. 0202 Dondurulmuş iribuynuzlu mal-qara əti  
5. 0204 Təzə, soyudulmuş və ya dondurulmuş qoyun əti və ya keçi əti  
6. 0207 11 Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, təzə və ya soyudulmuş əti  
7. 0207 12 Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, dondurulmuş əti  
8. 0207 13 Ev toyuqlarının (Gallus domesticus) təzə və ya soyudulmuş cəmdək hissələri və ətin əlavə məhsulları  
9. 0207 14 (0207 14 990 1 istisna olmaqla) Ev toyuqlarının (Gallus domesticus) dondurulmuş cəmdək hissələri və ətin əlavə məhsulları  
10 0402 Qatılaşdırılmış və ya şəkər və ya digər şirinləşdirici  
Sıra №-si XİF MN üzrə kod Malın adı  
    maddələr əlavə edilmiş süd və qaymaq  
11. 0405 Kərə yağı və süddən hazırlanmış digər piylər və yağlar; südlü pastalar  
12. 0407 Qabıqlı, təzə, konservləşdirilmiş və ya suda bişirilmiş quş yumurtaları  
13. 0701-dən Təzə və ya soyudulmuş kartof (istixanada yetişdirilən faraş kartof istisna olmaqla)  
14. Qrup 10 Dənli bitkilər  
15. Qrup 11 Unüyütmə-yarma sənayesi məhsulları; səməni; nişastalar; inulin; buğda özü  
16. Qrup 12 Yağlı toxumlar və bar; Digər toxumlar, bar və dən; Dərman bitkiləri və texniki bitkilər; Saman və yem  
17. 1509 Saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibi dəyişdirilməmiş zeytun yağı və onun fraksiyaları:  
18. 1510 00 Saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibi dəyişdirilməmiş, yalnız zeytundan hasil olunmuş digər yağlar və onların fraksiyaları, bu yağların və ya fraksiyaların 1509 mal mövqeyindəki yağları ilə və ya fraksiyaları ilə qarışıqları da daxil olmaqla  
Sıra №-si XİF MN üzrə kod Malın adı  
19. 1512 11 Günəbaxan və ya saflor yağı və onların fraksiyaları, xam yağ  
20. 1512 19 Günəbaxan və ya saflor yağı və onların fraksiyaları, digərləri  
21. 1515 21 Qarğıdalı yağı və onun fraksiyaları, xam yağ  
22. 1515 29 Qarğıdalı yağı və onun fraksiyaları, digərləri  
23. 1516 20 Bitki piyləri və yağları və onların fraksiyaları  
24. 1517 Marqarin; 1516 mal mövqeyindəki qida üçün yararlı olan piylərdən və ya yağlardan, yaxud onların fraksiyalarından başqa, bu qrupdakı heyvan və ya bitki piylərinin və ya yağlarının, yaxud müxtəlif piylərin və ya yağların fraksiyalarının qida üçün yararlı olan qarışıqları və ya hazır məhsulları  
25. 1701 Bərk halda şəkər qamışı və ya şəkər çuğunduru şəkəri və kimyəvi təmiz saxaroza  
26. 1901 10 000 0 Pərakəndə satış üçün qablaşdırılmış körpə uşaqlar üçün hazır məhsullar  
27. 1902 İsti emala məruz qalmış və ya qalmamış, içlikli (ətdən və ya digər məhsullardan) və ya içliksiz, yaxud başqa üsulla hazırlanmış və ya hazırlanmamış, spagetti, makaron, əriştə, lazanya, klyotsklar, ravioli, kannelloni  
Sıra №-si XİF MN üzrə kod Malın adı  
    kimi makaron məmulatları; hazırlanmış və ya hazırlanmamış kuskus  
28. Qrup 23 Yeyinti sənayesinin qalıqları və tullantıları; heyvanlar üçün hazır yem