Polşa Xarici İşlər Nazirliyi səfirliyinə nota təqdim edib. AzPost xəbər verir ki, buna səbəb hava hücumu zamanı ölkənin Kiyevdəki səfirliyinə zərər dəyməsidir. Polşa XİN-in "X" sosial şəbəkəsindəki səhifəsində məlumata görə, Rusiyanın Varşavadakı səfirliyinə nota təqdim olunub. Qeyd edilib ki, zərbə beynəlxalq hüquqa, xüsusən də Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına ziddir. Bildirək ki, Rusiya ordusunun Kiyevə endirdiyi zərbələr nəticəsində Polşanın Kiyevdəki səfirliyinin konsulluq şöbəsinin binasının zədələnmişdi AzPost.az