“Rusiyanın “DNR” və “LNR”i tanıması Ukraynanın suverenliyinin və beynəlxalq hüququn pozulmasıdır”.
Azpost.info bildirir ki, bu sözləri Britaniyanın baş naziri Boris Conson Putinin bununla bağlı fərmanını şərh edərkən bildirib.
“Bu, beynəlxalq hüququn pozulması, Minsk sazişindən imtina olunmasıdır. Hesab edirəm, bu çox pis əlamətdir. Bu proseslərin düzgün istiqamətə getməməsi haqqında daha bir siqnaldır. Britaniya ukrayna xalqına dəsətk üçün nə lazımdır edəcək”-deyə Conson vurğulayıb.

