“Bu, oynayacağım son mundial olacaq” –MESSİ NƏDƏN QORXDUĞUNU AÇIQLAYIB

“Qətərdə keçiriləcək dünya çempionatı əvvəlkilərindən fərqlənir. Bu çempionat ilin başqa vaxtında baş tutacaq. Turnir çox yaxındadır, odur ki,  baş verə biləcək istənilən xırda hadisə sizi çempionatdan kənarda qoya bilər”. 

Azpost.info bildirir ki, bu sözləri Argentina yığmasının hucumçusu Lionel Messi  “DİREKTTV Sports”a müsahibəsində deyib.

Onun sözlərinə görə, zədə ala biləcəyi təhlükəsi onu dünya çempionatından kənarda qoya bilər. “Dibala və Fideo ilə baş verənlər məni narahat etdi. Bu şeyləri görəndə daha çox qorxursan”-deyə Messi bildirib.

Buna baxmayaraq “PSJ”-nin ulduzu deyib ki, ən yaxşısı meydanda özünü səhhətin üçün ola biləcək riskləri düşünmədən apara bilməkdir: “Zədə ala biləcəyinlə bağlı düşüncə ilə oyuna çıxmaq ziyanlıdır. Ən yaxşısı özünü həmişəki kimi normal aparmaqdır. Oyun formada qalmaq üçün ən yaxşı vasitədir”. 

35 yaşlı Messi “PSJ” klubunda bu mövsüm 14 oyun keçirib. Ulduz futbolçu  8 qol vurub, 8 nəticə verən ötürmə edib. Tərəflər arasında saziş 2023-cü ildə bitir.

Qətərdə keçirləcək futbol üzrə dünya çempinatında Messi Argentina yığmasının tərkibində beşinci dəfə çempionluq uğrunda mübarizə aparacaq.

Messi etiraf edib ki, bu çempionat onun milli komandada çıxış etdiyi son mundial olacaq.

Azpost.info


Əvvəlki məqalə

Səudiyyə Ərəbistanından ölkəmizə gələnlərin sayı 99 dəfə artıb –

Sonrakı məqalə

Sabaha olan hava proqnozu