“Bu görüş ilin əsas siyasi hadisəsinə çevrilə bilər”- Putin Si Cinpini Rusiyaya dəvət etdi

Rusiya prezidenti Vladimir Putin videokonfrans danışıqları zamanı Çin sədri Si Cinpini Moskvaya dəvət edib.

Azpost.info xəbər verir ki, Putin bildirib ki, bu görüş ikitərəfli münasibətlərdə ilin əsas siyasi hadisəsinə çevrilə bilər.

“Hörmətli cənab Sədr, əziz dost, biz sizi gələn ilin yazında Moskvaya dövlət səfərinə gözləyirik. Bu, əsas məsələlərdə Rusiya-Çin əlaqələrinin gücünü bütün dünyaya nümayiş etdirəcək və ikitərəfli münasibətlərdə ilin əsas siyasi hadisəsinə çevriləcək”, – Putin deyib.

Azpost.info

Əvvəlki məqalə

Prezident 2023-cü il dövlət büdcəsi haqqında Qanunu təsdiqləyib

Sonrakı məqalə

İrandan gələn qaçaqmalçılar sərhədçilərə atəş açıb, 170 kq narkotik götürülüb